Ana Sayfa > Manşet / Gündəm > Pirallahıda YAP-ın yeni binası açıldı -

Pirallahıda YAP-ın yeni binası açıldı -


7-08-2019, 17:18. Yazar: sevinc1
Pirallahıda YAP-ın yeni binası açıldı -


YAP Pirallahı Rayon Təşkilatının yeni inzibati binasının açılışı olub.

aia.azxəbər verir ki, Azərbaycan RespublikasınınPrezidentiİlham Əliyevvə birinci xanımMehriban Əliyevaaçılışda iştirak ediblər. Dövlətimizin başçısı binanın rəmzi açılışını bildirən lenti kəsdi.

Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatı üçün ikimərtəbəli müasir bina inşa olunub. Burada partiya təmsilçilərinin səmərəli fəaliyyət üçün hərtərəfli imkanlar yaradılıb.

Yeni Azərbaycan Partiyası ölkəmizin bugünkü sürətli inkişafında, respublikanın beynəlxalq nüfuzunun artmasında və bütün sahələrdə əldə olunan tərəqqidə xüsusi rol oynayır. Azərbaycanın əsas və aparıcı siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyası bütün bu uğurların qazanılmasında yaxından iştirak etməklə xalqın partiyası olduğunu aydın nümayiş etdirir. Bu da ulu öndərHeydər Əliyevin “Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır” fikrinin real həyatda təsdiqini tapdığını bir daha göstərir.

Partiyanın uğurlu fəaliyyətində onun rayon təşkilatlarının da rolu böyükdür. Yeni Azərbaycan Partiyasının rayon təşkilatları üçün bütün bölgələrdə inşa olunan inzibati binalar müasirliyi ilə seçilir, həmçinin şəhər və rayonların gözəlliyinə əlavə rəng qatır.


aia.az
Geri dön