Ana Sayfa > Cəmiyyət > Sumqayıtda zavod ərazisindəki yanğın söndürülüb

Sumqayıtda zavod ərazisindəki yanğın söndürülüb


5-08-2019, 16:28. Yazar: sevinc1
Sumqayıtda zavod ərazisindəki yanğın söndürülüb


Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsində zavod ərazisində baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bu barədə aia.az-a nazirlikdən məlumat verilib.​

XXX

14:16

Sumqayıtda yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən aia.az-a verilən ilkin məlumata əsasən, İnşaatçılar qəsəbəsində zavod ərazisində təkər tullantıları yanır.

Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri hadisə yerinə cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri davam etdirilir. Əlavə məlumat veriləcək.


aia.az
Geri dön