Ana Sayfa > Cəmiyyət > Paytaxtda qaz xəttinin üzərinə ağac aşıb -

Paytaxtda qaz xəttinin üzərinə ağac aşıb -


5-08-2019, 16:13. Yazar: sevinc1
Paytaxtda qaz xəttinin üzərinə ağac aşıb -


Nəsimi rayonu Dilarə Əliyeva 243 və 249 saylı binaları təbii qazla təmin edən aşağı təzyiqli qaz xətti ağac aşması nəticəsində zədələnib.

Bu barədə aia.az-a “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

500 abonentin qaz təminatında məhdudiyyət yaranıb.

Qeyd edək ki, bu gün Abşeron yarımadasında küləyin sürəti saniyədə 23-28, bəzən 30-35 metrədək çatır.


aia.az
Geri dön