Ana Sayfa > Manşet / Səhiyyə > "Sədərək"dəki yanğınla əlaqədar 16 nəfər xəstəxanaya müraciət edib

"Sədərək"dəki yanğınla əlaqədar 16 nəfər xəstəxanaya müraciət edib


5-08-2019, 09:40. Yazar: sevinc1
"Sədərək"dəki yanğınla əlaqədar 16 nəfər xəstəxanaya müraciət edib


Dünən "Sədərək" Ticarət Mərkəzində baş verən yanğın zamanı xəstəxanaya müraciət edənlərin ümumi sayı 16 nəfər olub.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, onların 6-na hadisə yerində yardım edilib, 10 nəfər isə Kliniki Tibbi Mərkəzə aparılıb:

"10 nəfərdən biri yanğın baş verən ticarət mərkəzinin əməkdaşıdır, qalanlar yanğının söndürülməsində iştirak edən Fövqəladə Halar Nazirliyi və Daxili İşlər Nazirliyinin əməkdaşlarıdır. Müraciət edənlərə tibbi yardım göstərildikdən sonra evə buraxılıblar".

aia.az
Geri dön