Ana Sayfa > Karusel / Media > Avqustun 25-də Bakıda klassik avtomobillərin yürüşü keçiriləcək

Avqustun 25-də Bakıda klassik avtomobillərin yürüşü keçiriləcək


29-07-2019, 13:07. Yazar: sevinc1
Avqustun 25-də Bakıda klassik avtomobillərin yürüşü keçiriləcək

Avqustun 25-də Azərbaycan Avtomobil Federasiyasının (AAF) təşkilatçılığı ilə Bakıda klassik avtomobillərin yürüşü keçiriləcək.

Trend-in məlumatına görə, bununla əlaqədar 1980-ci ilədək istehsal olunan avtomobillərin sahibləri 20 avqust saat 18:00-dək AAF-da qeydiyyatdan keçə bilərlər.

Qeydiyyat üçün Azərbaycan Avtomobil Federasiyası ilə (012) 505 60 03 və ya (050) 295 01 00 telefon nömrələri, eləcə də [email protected] elektron poçt ünvanı ilə əlaqə saxlamaq xahiş olunur.

Qeydiyyatdan keçən avtomobil və sahibləri avqustun 25-də saat 15:30-da Heydər Əliyev Mərkəzinin qarşısında olmalıdırlar. Yürüş paytaxtın mərkəzi küçə və prospektlərini əhatə edəcək.


aia.az
Geri dön