Ana Sayfa > Karusel / Ölkə > 9 naməlum şəhidə aid meyit qalıqları eksqumasiya ediləcək

9 naməlum şəhidə aid meyit qalıqları eksqumasiya ediləcək


24-07-2019, 17:40. Yazar: sevinc1
9 naməlum şəhidə aid meyit qalıqları eksqumasiya ediləcək


1993-1994-cü illərdə Füzuli rayonu istiqamətində gedən döyüşlər zamanı həlak olaraq tanınmadan İmişli rayonundakı “Şəmmədli” qəbiristanlığında dəfn edilmiş şəhidlərə aid məzarlarla bağlı Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının Azərbaycan Respublikasının Baş prokuroruna müraciətinə əsasən, Bakı Hərbi Məhkəməsi tərəfindən 14 iyun 2019-cu il tarixli Qərar qəbul edilib.
Azvision.az xəbər verir ki, bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının məlumatında bildirilib.

Qərara uyğun olaraq, “Şəmmədli” qəbiristanlığında 9 naməlum məzarda dəfn edilmiş şəhidlərə aid meyit qalıqlarının eksqumasiyası nəzərdə tutulur.

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından APA-ya bildirilib ki, cari il iyul ayının 23-də meyit qalıqlarının eksqumasiyası və tibbi-genetik ekspertizasının keçirilməsi istiqamətində işlərə başlanılıb.

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası, Dövlət Təhlükəsizliyi Xidməti, Respublika Hərbi Prokurorluğu və Səhiyyə Nazirliyi Məhkəmə-tibbi Ekspertiza və Patoloji Anatomiya ETT-Birliyi tərəfindən yerli icra hakimiyyəti orqanlarının iştirakı ilə həyata keçirilən prosesin yekunları barədə ictimaiyyətə əlavə məlumat veriləcək.


aia.az
Geri dön