Ana Sayfa > Təhsil > Məktəblilərdən dünya olimpiadalarında yeni uğurlar

Məktəblilərdən dünya olimpiadalarında yeni uğurlar


23-07-2019, 17:02. Yazar: sevinc1
Məktəblilərdən dünya olimpiadalarında yeni uğurlar



Azərbaycanlı məktəblilər beynəlxalq olimpiadalarda uğurlar qazanmağa davam edirlər.


Təhsil Nazirliyinin məlumatına əsasən, 7-14 iyul tarixlərində İsrailin Təl-Əviv şəhərində keçirilən 50-ci Beynəlxalq fizika olimpiadasında Cəlilabad şəhəri1 nömrəli məktəb-liseyin XI sinif şagirdi Merac Məmmədov olimpiadanın bürünc medalına layiq görülüb.
Qeyd edək ki, yarışda 80 ölkədən təxminən 400 şagirdiştirak edib.

Bundan başqa, 11-22 iyul tarixlərində Böyük Britaniyanın Bat şəhərində keçirilən 60-cı Beynəlxalq riyaziyyat olimpiadasında da (IMO-2019) Azərbaycan məktəbliləri nailiyyət əldə ediblər.

110 ölkədən 621 şagirdin iştirak etdiyi bu olimpiadada Fizika, riyaziyyat və informatika təmayüllü liseyin XI sinif şagirdi Ramil Cəbiyev, həmin liseyin X sinif şagirdi Murad Ağazadə, "Dünya” məktəbinin XI sinif şagirdi Anar Rzayev üç bürünc medal qazanıblar.

Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyinin XI sinif şagirdi Ramil Xammədov da14-21 iyul tarixlərində Macarıstanın Seqed şəhərində keçirilən məktəblilərin 30-cu Beynəlxalq biologiya olimpiadasında bürünc medal əldə edib.


aia.az
Geri dön