Ana Sayfa > Karusel / Gündəm > Prezident Murad Köhnəqalaya ev hədiyyə etdi

Prezident Murad Köhnəqalaya ev hədiyyə etdi


23-07-2019, 16:37. Yazar: sevinc1
Prezident Murad Köhnəqalaya ev hədiyyə etdi


Prezident İlham Əliyev şair Murad Köhnəqalaya mənzil hədiyyə edib
Azvision.az xəbər verir ki, bu barədə Murad Köhnəqala "Facebook" hesabında məlumat paylaşıb:

"Əziz dostlar! Mənzil problemimlə bağlı möhtərəm prezidentimiz cənab İlham Əliyevə və birinci vitse-prezident Mehriban xanım Əliyevaya ünvanladığımız müraciət öz bəhrəsini verdi! Prezident İlham Əliyev mənim mənzillə təmin edilməyim barədə sərəncam imzalayıb. Bu şad xəbəri BŞİH-dən mənə zəng edərək bildirdilər.
Möhtərəm prezidentimizin mənə bağışladığı ev altmış yaşıma ən gözəl hədiyyədir.

Mətbuatımızın 144-cü ildönümündə məni sevindirdiyinə görə cənab prezident İlham Əliyevə dərin minnətdarlığımı bildirirəm! Azərbaycanın xoşbəxtliyi uğrunda fəaliyyətində ona möhkəm cansağlığı, tükənməz enerji arzulayıram!

Qoy həmişə günəş olsun!".

Qeyd edək ki, bir qrup ziyalı şair Murad Köhnəqalanın mənzil probleminin həll ilə bağlı ölkə başçısına müraciət etmişdi.

aia.az
Geri dön