Ana Sayfa > İdman > Dünyanın ən bahalı futbol klubları

Dünyanın ən bahalı futbol klubları


23-07-2019, 14:55. Yazar: sevinc1
Dünyanın ən bahalı futbol klubları


“Forbes” jurnalı dünyanın ən bahalı futbol klublarının reytinqini dərc edib.

REN TV xəbər verir ki, Madridin “Real” klubu reytinqin birinci pilləsində qərarlaşıb.

Nəşrin məlumatına görə, “Real”ın dəyəri 4,42 milyard dollardır.

Reytinqin ikincisi dörd milyard dollar dəyəri olan İspaniyanın digər təmsilçisi - “Barselona” klubudur.

İlk üçlüyü isə “Mançester Yunayted” tamamlayır. İngiltərə klubunun dəyəri 3,8 milyard dollar qiymətləndirilir.

İlk beşliyə müvafiq olaraq Almaniyanın “Bavariya” (üç milyard dollar) və İngiltərənin “Mançester siti” (2,69 milyard dollar) klubları da daxildir.


aia.az
Geri dön