Ana Sayfa > İqtisadiyyat > Komitə sədri Qobustan və Şamaxıdan olan vətəndaşları qəbul edəcək

Komitə sədri Qobustan və Şamaxıdan olan vətəndaşları qəbul edəcək


23-07-2019, 12:35. Yazar: sevinc1
Komitə sədri Qobustan və Şamaxıdan olan vətəndaşları qəbul edəcək


Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin və onların müavinlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev iyulun 26-da saat 10:00-da Qobustan Olimpiya İdman Kompleksində (Heydər Əliyev pr.5) Qobustan və Şamaxı rayonlarından olan vətəndaşları qəbul edəcək.

Komitədən aia.az-a verilən məlumata görə, həmin gün saat 10:00-da Dövlət Gömrük Komitəsi sədrinin müavini, gömrük xidməti general-leytenantı Əsgər Abdullayevisə Siyəzən rayon Heydər Əliyev Mərkəzində (Siyəzən şəhəri, Heydər Əliyev küç. 50) Siyəzən rayonundan olan vətəndaşları qəbul edəcək.

Qəbullar zamanı yalnız Qobustan, Şamaxı, Siyəzən rayonlarının sakinlərinin və bu bölgədə məskunlaşan məcburi köçkünlərin gömrük məsələləri ilə bağlı müraciətləri dinləniləcək.

Qəbullarda iştirak etmək istəyən vətəndaşlar "195" Çağrı Mərkəzi, Dövlət Gömrük Komitəsi (əlaqə telefonu: (012) 404-22-00), SumqayıtBaş Gömrük İdarəsi (əlaqə telefonu: (018) 655-16-19) ilə əlaqə saxlayıb qəbula yazıla bilərlər.

aia.az
Geri dön