Ana Sayfa > Cəmiyyət > Dənizdə batan 19 yaşlı şəxsin meyiti tapılıb

Dənizdə batan 19 yaşlı şəxsin meyiti tapılıb


22-07-2019, 15:56. Yazar: sevinc1
Dənizdə batan 19 yaşlı şəxsin meyiti tapılıb


İyulun 20-də Bakı şəhərinin Sabunçu rayonu, Pirşağı qəsəbəsində, dənizdə, qeyri-çimərlik (nəzarətsiz) ərazidə batdığı ehtimal olunan 2000-ci il təvəllüdlü İsaqov Fərman Məğrub oğlunun axtarışları başa çatıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, F.İsaqovun meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.


aia.az
Geri dön