Ana Sayfa > Gündəm > "İrəli" gəncləri Azərbaycan mədəniyyətini beynəlxalq layihədə təmsil edib

"İrəli" gəncləri Azərbaycan mədəniyyətini beynəlxalq layihədə təmsil edib


17-07-2019, 16:33. Yazar: sevinc1
"İrəli" gəncləri Azərbaycan mədəniyyətini beynəlxalq layihədə təmsil edib


"İrəli” İctimai Birliyinin Türkiyənin "FuturEurope” təşkilatı ilə tərəfdaşlığı nəticəsində "İrəli" İB-nin 8 gənci iştirakçı qismində, Türkiyənin Trabzon şəhərində keçirilən mübadilə proqramında iştirak edib. Layihənin mövzusu insan hüquqları, Cəmiyyətdə mövcud olan önyarğıların müəyyən edilməsi olub.

Layihə çərçivəsində yerli nümayəndələr ilə görüşlər, müvafiq mövzuda seminarlar, müzakirələr, ekskursiyalar təşkil olunub. Layihə ərzində iştirakçılar mübahisəli mövzuların qeyri-formal öyrənilməsi, müzakirə qruplarının təşkil edilməsi və öz fikirlərini yaradıcı şəkildə ifadə etmə bacarıqlarını formalaşdırması üzərində çalışıblar. İştirakçılar önyarğıların mənfi tərəflərini və dəyişmək üçün nə etmək lazım olduğuna dair "workshop” hazırlayıb, eyni zamanda komandada işləmə bacarıqlarını təkmilləşdiriblər.

"İrəli” gəncləri "İrəli” İctimai Birliyinin beynəlxalq tərəfdaşlığının uğuru olan layihədə Azərbaycanın mədəniyyət gecəsi zamanı milli rəqslərimizi, milli mətbəximizi, mədəniyyətimizi layihə iştirakçılarına təqdim ediblər. Eyni zamanda tariximizi əks etdirən suvinerlər təqdim edən "İrəli” İctimai Birliyinin gənc fəalları 5 ölkədən olan layihə iştirakçılarına Azərbaycan həqiqətləri haqqında məlumat veriblər



aia.az
Geri dön