Ana Sayfa > Manşet / Ölkə > 5 ayın statistikası –

5 ayın statistikası –


17-07-2019, 10:45. Yazar: sevinc1
5 ayın statistikası –


Bu ilin 5 ayı ərzində Azərbaycanda qeydə alınan nikah və boşanma hallarının sayı açıqlanıb.



Dövlət Statistika Komitəsindən Modern.az-a verilən məlumata görə, Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 23684 nikah və 7082 boşanma halları qeydə alınıb.



Eyni zamanda əhalinin hər 1000 nəfərinə ötən ilin müvafiq dövrü ilə müqayisədə nikahların sayı 5,5-dən 5,8-ə, boşanmaların sayı isə 1,5-dən 1,7-yə qədər artıb.



Rəsmi məlumata görə, bu ilin 5 ayı ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 56 254 doğulan körpə qeydə alınıb.



Əhalinin hər 1000 nəfərinə bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə dəyişməyərək eyni səviyyədə (13,7) qalıb.

Körpələrdən 1238-i əkiz, 36-sı isə üçəm doğulanlardır.

Bundan başqa, bu ilin yanvar-may aylarında ölkədə 24 690 ölüm halı qeydə alınıb və ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi 6,2-dən 6,0-a düşüb.


aia.az
Geri dön