Ana Sayfa > Cəmiyyət > Sabirabad mərkəzi bazarında yanğın söndürülüb

Sabirabad mərkəzi bazarında yanğın söndürülüb


16-07-2019, 08:30. Yazar: sevinc1
Sabirabad mərkəzi bazarında yanğın söndürülüb


Sabirabad mərkəzi bazarında yanğın söndürülüb.

Hadisə yerinə cəlb olunmuş yanğınsöndürənlərin birgə səyi nəticəsində yanğın söndürülüb.

Alovun digər obyektlərə və tikililərə keçməsinin qarşısı alınıb.

Hadisə zamanı bazarın 1200 kvadratmetr sahəsi yanaraq yararsız hala düşüb.

Sahibkarlara xeyli miqdarda ziyan dəyib.

07:59

Sabirabad şəhərinin İlham İsgəndərov küçəsində yerləşən mərkəzi bazarında böyük yanğın baş verib.

Hadisə yerinə qonşu rayonlardan da daxil olmaqla FHN-in 12 yanğınsöndürənmaşını və xeyli sayda canlı qüvvəsi cəlb olunub.

İlkin məlumata görə, "Əmin” marketdə başlanan yanğınsonradan genişlənib və böyük ərazini əhatə edib.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.(oxu.az)







aia.az
Geri dön