Ana Sayfa > Cəmiyyət > Cəlilabad sakini Bakıda maşını aşırdı, öldü

Cəlilabad sakini Bakıda maşını aşırdı, öldü


16-07-2019, 16:46. Yazar: sevinc1
Cəlilabad sakini Bakıda maşını aşırdı, öldü


Qaradağ rayonunun Ələt qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.



Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən aia.az-a verilən məlumata görə, iyulun 15-də saat 14:00 radələrində Qaradağ rayonunun Ələt qəsəbəsi ərazisində Cəlilabad rayon sakini Yəhya Abbasov idarə etdiyi “QAZ-3302” markalı avtomobili aşırıb. Nəticədə sürücü hadisə yerində ölüb.



Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

aia.az
Geri dön