Ana Sayfa > Gündəm > "Dünyadakı 265 at növündən 2-si Azərbaycandadır"

"Dünyadakı 265 at növündən 2-si Azərbaycandadır"


12-07-2019, 15:12. Yazar: sevinc1
"Dünyadakı 265 at növündən 2-si Azərbaycandadır"


"Dünyada 265 at növü var, onun 2-i Azərbaycandadır. Bunlardan biri Qarabağ ayı, digəri isə Dilbaz atıdır".



Modern.az xəbər verir ki, bunu Kənd Təsərrüfatı Nazirliyinin jurnalistlər üçün təşkil etdiyi media-turda Qarabağ Atcılıq Kompleksinin direktoru Maarif Hüseynov deyib.



Kompleks Ağdamın Eyvazxanlı kəndində atcılıq zavodunun əsasında yaradıldığını bildirən direktor hazırda burada 245 baş Qarabağ cinsindən olan at saxlanıldığını qeyd edib:



"Bunlardan 6 başı törədicisi ayğır, 60 başı ana madyan damazlıq, 61 başı 2019-cu ildə alınan balalardır. Qalanları isə həm cavanlar və orta yaşda olan dişi və erkən atlardır.
M.Hüseynov ermənilərin Qarabağ atlarını ələ keçirmək üçün hücum etdiklərini bildirib:



"Hələ o zamanlardan ermənilər çalışırdı ki, Qarabağ atını özününküləşdirsinlər. Silahlı şəkildə bir neçə dəfə Qarabağ atını gəlib aparmaq istəyirdilər. Kollektivinə atları Ağdamın Üçloğlan kəndində quşçuluq fermasında gizlətmişik və gəlib tapa bilməyiblər. Qarabağ atının ermənilərə verməmişəm".



Kompleks direktoru onu da vurğulayıb ki, burada atlar yüksək səviyyədə saxlanılır.

"Atlarımız sərgidə iştirak etmək, cıdır düzündə çapmaq qabiliyyətinə malikdir. Atlar dünya bazarına çıxacaq səviyyədə saxlanılır".



M.Hüseynov bildirib ki, atların qiyməti 2 min manatdan başlayaraq 10 min manata qədər artır.

"İldə 25 baş atən satışı nəzərdə tutulur. İldə 50 baş artım olur. Atlar təbii cütlüklə artırılırM.Hüseynov Qarabağ atının neçə seçildiyini də açıqlayıb. O bildirib ki, Qarabağ atının rəngi qızılı kürən olur, alnında qaşqası var, qıçalarında səkili var. Gözəl nişanələri ilə Qarabağ atı seçilir. Qarabağ atı vəfaladır.



Sovetlər Birliyi zamanında atlar Moskvaya göndərilib, oradan xarici ölkələrə satılırdı. Hazırda at satışa çıxarılmır. Almaniya, İngiltərə, Fransaya atın satışı nəzərdə tutulur".


aia.az
Geri dön