Ana Sayfa > Manşet / Cəmiyyət > ŞOK İNTİHAR: Tanınmış polis polkovnikinin oğlu özünü öldürdü -

ŞOK İNTİHAR: Tanınmış polis polkovnikinin oğlu özünü öldürdü -


11-07-2019, 18:18. Yazar: sevinc1
ŞOK İNTİHAR: Tanınmış polis polkovnikinin oğlu özünü öldürdü -




Bakının Nərimanov rayonunda özünü yaşadığı binadan atıb öldürən şəxsin kimliyi məlum olub.

Bakupost.az-ın məlumatına görə, Orxan Ağayev Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsinin rəisi, polis polkovniki Əlaslan Ağayevin oğludur.

Bildirilir ki, O.Ağayev idmanla məşğul imiş. O, cüdo üzrə Azərbaycan çempionu olub. O.Ağayev Polis Akademiyasının məzunu olub və təyinatla Baş Dövlət Yol Polisi İdarəsinə göndərilib.

**
15:33

Bakının Nərimanov rayonunda intihar hadisəsi baş verib.

1991-ci il təvəllüdlü Orxan Ağayev özünü yaşadığı evin pəncərəsindən atıb.

Özünü 5-ci mərtəbədən atan O. Ağayev hadisə yerində ölüb.

İntiharın səbəbləri hələlik məlum deyil.

Faktla bağlı Nərimanov rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (intihar həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.
(apa)

aia.az
Geri dön