Ana Sayfa > Siyasət > Prezident İlham Əliyev NATO Müttəfiq Qüvvələrinin Avropadakı Ali Komandanının başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Prezident İlham Əliyev NATO Müttəfiq Qüvvələrinin Avropadakı Ali Komandanının başçılıq etdiyi nümayəndə heyətini qəbul edib


10-07-2019, 16:52. Yazar: sevinc1
Prezident İlham Əliyev NATO Müttəfiq Qüvvələrinin Avropadakı Ali Komandanının başçılıq etdiyi nümayəndə heyətini qəbul edib


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 10-da NATO Müttəfiq Qüvvələrinin Avropadakı Ali Komandanı ilə Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi - Rusiya Müdafiə nazirinin birinci müavini arasında keçirilən görüşdə iştirak etmək üçün Bakıya gələn NATO Müttəfiq Qüvvələrinin Avropadakı Ali Komandanı Tod Voltersın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Bu barədə Prezidentin Mətbuat xidmətindən Trend-ə məlumat verilib.

Söhbət zamanı Bakıda beynəlxalq əhəmiyyətli mühüm görüşlərin keçirilməsindən məmnunluq ifadə olundu.

Görüşdə Azərbaycan ilə NATO arasında əməkdaşlıq, ölkəmizin Əfqanıstanda “Qətiyyətli dəstək” missiyasına töhfəsi məsələləri müzakirə edildi.


aia.az
Geri dön