Ana Sayfa > Ölkə > Sirkə gedən yol niyə bağlanıb? -

Sirkə gedən yol niyə bağlanıb? -


10-07-2019, 12:36. Yazar: sevinc1
Sirkə gedən yol niyə bağlanıb? -


"Sirk yolunun sürüşmə səbəbindən bağlanması xəbəri yalandır və həqiqəti əks etdirmir. Ümumiyyətlə, sirkin heç bir ərazisində sürüşmə zonası yoxdur".



Bu sözləri Bakı Dövlət Sirkinin məbuat xidmətinin rəhbəri Mahir Rəsuloğlu Modern.az saytına açıqlamasında bildirib.


“Bilirsiniz ki, sirk teatr tamaşa müəssəsidir. Biz özümüz dəfələrlə FHN-nə müraciət etmişdik. Səbəbi isə odur ki, sirkə gələnlərin təhlükəsizliyi təmin edilsin. Təxminən 1 il yarım bundan qabaq FHN-nin əməkdaşları əraziyə baxış keçirəndə belə qərar verdilər ki, sirkin qarşı tərəfinə gedən yol sağ və sol tərəfdən məhdudlaşsın. Hal- hazırda hər şey yaxşıdır. İndi sirkdə yaradıcı mövsüm bağlıdır”.

aia.az
Geri dön