Ana Sayfa > Təhsil > Diaspor Gəncləri Şamaxıda qarşılanır

Diaspor Gəncləri Şamaxıda qarşılanır


8-07-2019, 14:48. Yazar: sevinc1
Diaspor Gəncləri Şamaxıda qarşılanır



Diasporla İş üzrə Dövlət Komitəsi ikinci ildir ki, xaricdə yaşayan azərbaycanlı gənclər üçün düşərgə təşkil edir. Diaspor Gənclərinin II Yay Düşərgəsi bu il iyulun 8-dən 14-nə kimi Şamaxı şəhərində olacaq. Bu il düşərgədə 50-dən çox ölkədən 100-dən çox diaspor gənci iştirak edəcək. ABŞ, Almaniya, Avstriya, Avstraliya, Belçika, Çili, Əfqanıstan, Finlandiya, Fransa, Gürcüstan, İndoneziya, İngiltərə, İordaniya və digər ölkələrdən olan azərbaycanlı gənclər bu il Şamaxıda görüşəcəklər. Bəs görəsən düşərgə iştirakçıları Azərbaycana gəlibmi?



Məsələ ilə bağlı Modern.az-a danışan Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Vəsilə Vahidqızı deyib ki, hazırda Şamaxı şəhərində İmadəddin Nəsiminin heykəlinin qarşısında gənclərin qarşılanma mərasimi keçirilir.



““Nəsimi 650” Diaspor Gənclərinin II Yay düşərgəsinin iştirakçılarının ilk qrupu artıq Şamaxıdadır. Rəsmi açılış mərasimi sabah saat 3-də Şamaxı rayon mədəniyyət mərkəzində keçiriləcək. İnanırıq ki, buikli düşərgə də ötən il olduğu kimi maraqlı keçəcək. Təşkilatçılıq yüksək səviyyədədir”.


aia.az
Geri dön