Ana Sayfa > Təhsil > Baş nazir 3 nömrəli Uşaq İncəsənət Məktəbinə Gülarə Əliyevanın adını verdi

Baş nazir 3 nömrəli Uşaq İncəsənət Məktəbinə Gülarə Əliyevanın adını verdi


3-07-2019, 15:08. Yazar: sevinc1
Baş nazir 3 nömrəli Uşaq İncəsənət Məktəbinə Gülarə Əliyevanın adını verdi



Bakı şəhərində yerləşən 3 nömrəli Uşaq İncəsənət Məktəbinə Azərbaycan milli musiqi ifaçılıq sənətinin görkəmli nümayəndəsi, tanınmış bəstəkar, Əməkdar incəsənət xadimi Gülarə Əziz qızı Əliyevanın adı verilib.



Modern.az xəbər verir ki, Baş Nazir Novruz Məmmədov bununla bağlı müvafiq sərəncam imzalayıb.



Mədəniyyət Nazirliyinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.


Sərəncam imzalandığı gündən qüvvəyə minib.

aia.az
Geri dön