Ana Sayfa > İdman > "Barselona"dan Neymar açıqlaması:

"Barselona"dan Neymar açıqlaması:


28-06-2019, 11:02. Yazar: sevinc1
"Barselona"dan Neymar açıqlaması:


"Barselona"nın vitse-prezidenti Jordi Kardoner PSJ-nin hücumçusu Neymarın Kataloniya təmsilçisinə qayıdacağı ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib.

Trend-in məlumatına görə, klub rəsmisi braziliyalı futbolçunu yenidən heyətə cəlb etmək istəmədiklərini deyib. Bildirib ki, "Barselona" Neymarın keçidi ilə bağlı heç bir addım atmayıb:

"Biz onu transfer etmək istəmirik. Direktorlar Şurası bu məsələni araşdırmayıb. Amma oyunçunun belə bir istəyinin olduğunu bilir. Deyəsən, Neymar qayıtmaq arzusundadır. Ən azından bunu dilə gətirib. Ancaq heç bir danışıq olmayıb. Buna görə narahat deyilik. Gedən futbolçunun qayıtmaq istməməsi məni təəccübləndirmir. Çünki dünyada "Barselona" kimi klub çox deyil. Digər futbolçular da olub, məsələn, Fabreqas komandadan ayrılıb, sonra isə qayıtmaq istəyib. Neymar böyük oyunçudur. Lakin bir anda getməyə qərar verdi. Hazırkı məqamda onunla əlaqə saxlamırıq. Ona görə də hələ danışılası heç nə yoxdur. Onun gedişi ilə bağlı xoşumuza gəlməyən bir çox məqam var. Əvvəlcə bəzi məsələlər öz həllini tapmalıdır".

Xatırladaq ki, Neymar 2013-2017-ci illərdə "Barselona"da oynayıb.

aia.az
Geri dön