Ana Sayfa > Karusel / Gündəm > Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verilib

Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verilib


24-06-2019, 18:05. Yazar: sevinc1
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verilib




Prezident İlham Əliyev Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd edilir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aşağıdakı hərbi qulluqçularına ali hərbi rütbələr verilsin:

"general-leytenant” hərbi rütbəsi

general-mayor Fuad Nadir oğlu Məmmədova

general-mayor Zahid İbrahim oğlu Hüseynova

"general-mayor” hərbi rütbəsi

polkovnik Qədir Əşrəf oğlu Nəsibova

polkovnik Rasim Rza oğlu Babayevə

polkovnik Vüqar Əfqan oğlu Əliverdiyevə

polkovnik Polad İsrayıl oğlu Həşimova

polkovnik İlqar Zakir oğlu Lətifova

polkovnik Məhəmməd Kərim oğlu Həsənova.




aia.az
Geri dön