Ana Sayfa > Gündəm / Aia TV / Karusel > Milyarder Neftçalaya gəldi, əmr verdi

Milyarder Neftçalaya gəldi, əmr verdi


21-01-2016, 00:24. Yazar: admin

Rusiyada yaşayan nüfuzlu azərbaycanlı oliqarx, "İSR Holding" şirkətlər qrupunun prezidenti İsgəndər Xəlilov ötən gün gözlənilmədən Azərbaycanın Neftçala rayonuna səfər edib.

Aia.az xəbər verir ki, bu barədə Virtualaz.org saytı məlumat yayıb. Milyarderin Neftçalada özünə məxsus Azəryod ASC-yə baş çəkdiyi bildirilir.

İ.Xəlilov yod zavodunun işçiləri ilə görüşüb, hazırda dünya bazarlarında yodun qiymətinin kəskin aşağı düşməsi nəticəsində müəssisənin böhranlı günlər yaşamasına baxmayaraq, milyarder zavodun rəhbərliyinə 250 işçidən bir nəfəri də işdən azad etməmək tapşırığı verib.

Azəryod ASC texniki və kristallaşmış yod istehsal edir. Hazırda ildə 400 ton yod buraxır, bu isə ölkənin yoda tələbatından 25 dəfə çoxdur. Zavodun baş direktoru İ.Xəlilovun qohumu Rəşad Xəlilovdur. Son illər bu müəssisənin işə düşməsindən sonra Neftçalada yod istehsalı xeyli artıb. Azərbaycanda yod-bromlu su quyuları ancaq Neftçaladadır. Rayon ərazisində 110 belə quyu var, onlardan 77-i istismar olunur. İstehsal gücünə görə Neftçala yod zavodu MDB-də birinci, dünyada üçüncüdür.

2 il əvvəl dünya bazarında 1 ton yod 30 min ABŞ dollarından baha satılsa da, hazırda qiymət 2-3 dəfə aşağı düşüb, istehsal olunmuş məhsulu satmaq problemi yaranıb.
Geri dön