Ana Sayfa > Cəmiyyət > Gömrük İdarəsinin qarşısında hər hansı şəxsin özünü yandırma faktı qeydə alınmayıb

Gömrük İdarəsinin qarşısında hər hansı şəxsin özünü yandırma faktı qeydə alınmayıb


19-06-2019, 15:03. Yazar: sevinc1
Gömrük İdarəsinin qarşısında hər hansı şəxsin özünü yandırma faktı qeydə alınmayıb



Ötən gün bir sıra kütləvi informasiya vasitələrində ölkəyə mobil telefonların aksesuarlarını gətirən sahibkara qarşı gömrük orqanları tərəfindən haqsız tələblərin irəli sürülməsi, həmin şəxsin də etiraz əlaməti olaraq Dövlət Gömrük Komitəsinin Qərb Ərazi Baş Gömrük İdarəsinin inzibati binasının qarşısında özünü yandırması barədə həqiqətə uyğun olmayan məlumatlar yayımlanıb.

Komitədən verilən məlumata görə, yayılan məlumatlar tamamilə əsassızdır və Qərb Ərazi Baş Gömrük İdarəsinin qarşısında hər hansı şəxsin özünü yandırma faktı qeydə alınmayıb.

Dövlət Gömrük Komitəsi bildirir ki, son illərdə gömrük sistemində aparılan islahatların əsas məqsədlərindən biri də vətəndaş məmnuniyyətinin təmin olunması, xarici ticarət iştirakçılarının müraciətlərinin operativ şəkildə araşdırılaraq obyektiv qiymətləndirilməsidir. Dövlət Gömrük Komitəsidaim vətəndaşların müraciətlərinə, şikayət və təkliflərinə həssaslıqla yanaşır, onların müsbət həlli istiqamətində bütün vasitələrdən istifadə edir.

Eyni zamanda, fəaliyyəti zamanı qanunvericiliyin tələblərini pozan, vətəndaşların müraciətlərinə etinasızlıq göstərən gömrük əməkdaşları barədə də müvafiq tədbirlər görülür və bu barədə ictimaiyyət mütəmadi olaraq məlumatlandırılır. Bir sözlə, gömrük orqanları vətəndaş məmnuniyyətinin, şəffaflığın təmin olunması, gömrük sistemində xoşagəlməz halların aradan qaldırılması istiqamətində bütün zəruri addımları atır və bu sahədə müsbət nəticələrin əldə edilməsi üçün vətəndaş cəmiyyəti, biznes strukturları, media qurumları ilə sıx əməkdaşlıq şəraitində fəaliyyət göstərməkdədir.


Lakin görülən işlərin, ortaya qoyulan nəticələrin fonunda gömrük orqanlarının fəaliyyətinə dair rəsmi mövqeyə və faktlara əsaslanmayan, böhtan xarakterli, sifarişli məlumatların yayımlanması ümumi işə kölgə salmaq məqsədi daşıyır və bu ölkənin iqtisadi təhlükəsizliyini təmin edən quruma qarşı yolverilməzdir.

aia.az
Geri dön