Ana Sayfa > Aia TV / Media > Marsda güclü partlayışın izləri aşkarlanıb

Marsda güclü partlayışın izləri aşkarlanıb


19-06-2019, 10:37. Yazar: sevinc1
Marsda güclü partlayışın izləri aşkarlanıb


NASA-nın Mars Reconnaissance Orbiter (MRO) orbital kəşfiyyatçısı Marsın səthində yaxın vaxtlarda peyda olmuş kraterin fotosunu lentə alıb.
"Spase" portalının məlumatına görə, fotoşəkillərin analizi ilə məşğul olan Arizona universitetinin əməkdaşları kraterin planetin diametri metr yarım olan göy cismi ilə toqquşması nəticəsində yarandığını bildirirlər. Partlayış planetin səthini dəlib və diametri 15-16 metr olan çuxur açıb.MRO planeti tam əhatə etmədiyi üçün alimlər hələlik partlayışın dəqiq tarixini müəyyənləşdirə bilməyiblər.

Tədqiqatçıların fikrincə, krater Marsda 2016-cı ilin sentyabr və 2019-cu ilin fevral ayları arasında peyda olub. Mütəxəssislər bildirirlər ki, MRO layihəsi çərçivəsində aparılan 13 illik müşahidələr zamanı planetdə buna bənzər heç nə qeydə alınmayıb.


aia.az
Geri dön