Ana Sayfa > Ölkə > Elçibəyin xanımının Bakıda yas mərasimi keçiriləcək

Elçibəyin xanımının Bakıda yas mərasimi keçiriləcək


18-06-2019, 17:03. Yazar: sevinc1
Elçibəyin xanımının Bakıda yas mərasimi keçiriləcək


Əbülfəz Elçibəyin xanımı Həlimə Əliyevanın Bakıda yas mərasimi keçiriləcək. BakuPost xəbər verir ki, mərasim iyunun 22-də (şənbə günü) Heydər Məscidində təşkil olunacaq.

Məclis səhər 10-dan başlayaraq axşama kimi davam edəcək.

Qeyd edək ki, Azərbaycanın ikinci Prezidenti Əbülfəz Elçibəyin həyat yoldaşı Həlimə Əliyeva iyunun 14-də Türkiyədə vəfat edib.

Vəsiyyətinə uyğun olaraq doğulduğu Ordubad rayonunun Kələki kəndində dəfn olunub.



aia.az
Geri dön