Ana Sayfa > Karusel / Cəmiyyət > Cinsiyyət orqanında narkotik gətirən qadın:

Cinsiyyət orqanında narkotik gətirən qadın:


18-06-2019, 18:15. Yazar: sevinc1
Cinsiyyət orqanında narkotik gətirən qadın:


Cinsiyyət orqanında İrandan Azərbaycana narkotik maddə gətirən Gülnar Məmmədovanın məhkəməsi bitib.

Bakıpost.az-ın məlumatına görə, G. Məmmədova qeyri-rəsmi ər-arvad münasibətində yaşadığı İbrahim Ələsgərov ilə birgə ölkəyə qanunsuz narkotik maddə keçirib. Belə ki, ittihama görə, Gülnar Məmmədova əri ilə birgə əldə etdikləri 7,626 qram heroini, 0,382 qram tiryəki, 79 ədəd metadon və 138 ədəd
preqobalin həblərini bir ədəd qoruyucunun içərisində cinsiyyət orqanına yerləşdirib, Biləsuvar Gömrük idarəsinin "Qoşa Təpə” gömrük postundan keçirməyə cəhd edib.

Gülnar Məmmədova ifadəsində bildirib ki, xəstəlikdən əziyyət çəkir: "Sinir ağrılarım çoxdur. Bu səbəbdən preqabalin dərmanlarından istifadə edirdim. İrana
getməkdə məqsədim müalicə olunmaq olub. Oradan gələndə üstümdən çıxan narkotik vasitə, metadon həbləri və digər vasitələri birlikdə yaşadığım İbrahimin xahişi ilə gətirmişəm. Himayəmdə 10 yaşlı uşaq var. Xəstə anam da himayəmdədir. Azyaşlı övladım baxımsız qaldığından, xahiş edirəm, yüngül cəza verin”.

Lənkəran Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə Gülnar Məmmədova 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

G. Məmmədova barəsindəki hökmdən apelyasiya şikayəti verib. Şirvan Apelyasiya Məhkəməsində onun şikayəti qismən təmin edilib və barəsində olan hökm dəyişdirilib.

Yeni hökmə əsasən, G. Məmmədova 3 il müddətinə azadlıqdan məhrum edilib.


aia.az
Geri dön