Ana Sayfa > Manşet / İdman > “Neftçi” və “Səbail”in AvroLiqadakı rəqibləri məlum oldu

“Neftçi” və “Səbail”in AvroLiqadakı rəqibləri məlum oldu


18-06-2019, 18:13. Yazar: sevinc1
“Neftçi” və “Səbail”in AvroLiqadakı rəqibləri məlum oldu


Bu gün UEFA Avropa Liqasının 1-ci təsnifat mərhələsinin püşkü atılıb.

Modern.az xəbər verir ki, ölkəmizi bu mərhələdə təmsil edəcək “Neftçi” Moldovanın "Speranta" klubu ilə qarşılaşacaq.

"Səbail" isə Rımıniya təmsilçisi "Universitatya Krayova" ilə üz-üzə gələcək. Hər iki komandamız ilk oyunu evdə keçirəcək.



Avropa Liqası


I təsnifat mərhələsi


"Neftçi" (Azərbaycan) - "Speranta" (Moldova)

"Səbail" (Azərbaycan) - "Universitatya Krayova" (Rumıniya)


Qeyd edək ki, Avropa Liqasında 1-ci təsnifat mərhələsinin oyunları iyulun 11-də və 18-də keçiriləcək.


Əlavə edək ki, Azərbaycan kubokunun qalibi "Qəbələ" mübarizəyə 2-ci təsnifat mərhələsindən başlayacaq. Əyalət təmsilçisinin rəqibi iyunun 19-da müəyyənləşəcək. Bu mərhələnin oyunları iyulun 25-də və avqustun 1-də olacaq.


aia.az
Geri dön