Ana Sayfa > Cəmiyyət > Bakıda ana və qızının intiharı ilə bağlı cinayət işi başlandı

Bakıda ana və qızının intiharı ilə bağlı cinayət işi başlandı


14-06-2019, 17:18. Yazar: sevinc1
Bakıda ana və qızının intiharı ilə bağlı cinayət işi başlandı



Bu gün Bakı şəhəri, Yasamal rayonu, Dadaş Bünyatzadə küçəsində intihar hadisəsi baş verib.



Bakı Şəhər Prokurorluğundan Modern.az-a verilən məlumata görə, yaşayış binalarının birində 10-cu mərtəbədə yerləşən mənzildə yaşayan 1964-cü il təvəllüdlü Allahverdiyeva Rübabə və onun qızı, 1990-cı il təvəllüdlü Mahmudova Xədicə özlərini yaşadıqları mənzilin pəncərəsindən yerə ataraq intihar edib.



Faktı üzrə Yasamal Rayon Prokurorluğunda Azərbaycan Respublikası CM-nin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.



İş üzrə məhkəmə-tibbi ekspertizaları təyin edilib və hadisənin başvermə səbəblərinin müəyyən edilməsi istiqamətində zəruri istintaq tədbirləri davam etdirilir.

aia.az
Geri dön