Ana Sayfa > Siyasət > Arif Hacılı:

Arif Hacılı:


14-06-2019, 14:34. Yazar: sevinc1
Arif Hacılı:


Azərbaycanın sabiq baş naziri Sürət Hüseynovun qalmaqallı səs yazısı yayıyıb. Belə ki, Sürət Hüseynov AXC hakimiyyətini xəyanətdə, səriştəsizlikdə günahlandırıb və o dövrdə ölkə rəhbərliyin başıda olanları təhqir edib.



Məsələ ilə bağlı Modern.az-a danışan Müsavat Partiyasının sədri Arif Hacılı deyib ki, AXC hakimiyyətinin ən böyük səhvi Sürət Hüseynov kimi bir avanturist, mahiyyətində cinayətkarlıq olan bir şəxsə yüksək vəzifə vermək olub:



“Bu səhvin acı nəticələrini Azərbaycan xalqı bu gün də yaşayır. İstər Sürət Hüseynov, istərsə də 4 iyun qiyamının digər təşkilatçıları və dəstəkçiləri öz layiqli cəzalarını almayıblar. Azərbaycan xalqı qarşısında törətdikləri cinayətlərə görə cavab verməyiblər, ona görə bu cür danışırlar. Mən əminəm ki, 4 iyun qiyamının təşkilatçıları, bu qiyamı törədənlər Milli Qvardiyanın üzvlərini və başqa əsgərlərimizi qətlə yetirənlər ölkədə çevriliş edərək Azərbaycanı dəhşətli böhran vəziyyətinə salanlar təkcə xalq qarşısında mənəvi cavab verməklə yaxalarını qurtara bilməyəcəklər, eyni zamanda onlar cinayət məsuliyyəti daşıyacaqlar”.


aia.az
Geri dön