Ana Sayfa > İqtisadiyyat > Vergilər naziri:

Vergilər naziri:


14-06-2019, 12:59. Yazar: sevinc1
Vergilər naziri:


Nağdsız hesablaşmalar iqtisadiyyatın şəffaflaşmasına xidmət edir. Bu məsələdə Vergilər Nazirliyi həmkar qurumlarla yaxından çalışır.

Trend-in məlumatına görə, bunu Vergilər naziri Mikayıl Cabbarov Milli Məclisin bu gün keçirilən iclasında deyib.

Nazir bildirib ki, nağd pul kütləsinin çəkisi 2017-ci ilin dekabr ayı ilə müqayisədə 2018-ci ilin dekabrında 60,1%-dən 51,9%-ə qədər azalıb:

"Düşünürəm ki, bu rəqəm dinamikanın hansı istiqamətə yönəldiyini aydın şəkildə göstərir. Eyni zamanda 2016-ci illə müqayisədə pos-terminalların sayında 16%-dək azalma olub. 2016-ci ildə 80 301 ədəd idisə, iyunun 1-nə 67 032 pos-terminal qeydiyyatdadır. Eyni zamanda, hazırda ölkədə 6 mln. 721 min ədəd ödəniş kartı mövcuddur”.


aia.az
Geri dön