Ana Sayfa > Manşet / Siyasət > “Dönüş məqamında şahidi olduğumuz siyasətçilərin qədrini daha yaxşı bilməliyik”

“Dönüş məqamında şahidi olduğumuz siyasətçilərin qədrini daha yaxşı bilməliyik”


14-06-2019, 12:41. Yazar: sevinc1
“Dönüş məqamında şahidi olduğumuz siyasətçilərin qədrini daha yaxşı bilməliyik”


“Sabah Azərbaycanda Qurtuluş Günü qeyd olunur. 1993-cü ilin iyunun 15-də ulu öndər Heydər Əliyevin xilaskarlıq missiyası başlayıb. Zaman bizi 1990-cı ilin həyəcanlı günlərindən uzaqlaşdırdıqca, tariximizin bu dönüş məqamında şahidi olduğumuz siyasətçilərin qədir-qiymətini daha yaxşı bilməliyik”.



Modern.az xəbər verir ki, bunu bu gün parlamentin iclasında Milli Məclisin spikeri Oqtay Əsədov deyib.



O bildirib ki, o vaxtlar Azərbaycan dövləti ikinci dəfə əldə etdiyi müstəqilliyini itirmək ərəfəsində idi:



“Azərbaycanda qardaş qırğını təhlükəsi var idi. Bu çətin zamanlarda xalqımız üzünü Azərbaycanın dahi oğlu, böyük dövlət xadimi böyük şəxsiyyət Heydər Əliyevə tərəf döndərdi. Ulu öndərin Azərbaycana, hakimiyyətə qayıtması ilə Azərbaycan xalqını böyük fəlakətlərdən, qardaş qırğınından qurtardı. Bu zaman Azərbaycanda müasir dövlətin istiqamətləri müəyyənləşdi”.



Oqtay Əsədov sabahkı bayram münasibətilə hər kəsi təbrik edib: “Ona görə biz hər il iyunun 15-ni Azərbaycanda Qurtuluş Günü kimi qeyd edirik. Fürsətdən istifadə edib hamımızı bayram münasibətilə təbrik edirəm. Azərbaycan xalqına inkişaf arzulayıram”.






aia.az
Geri dön