Ana Sayfa > Karusel / Səhiyyə > Deputat Rəşad Mahmudov təcili yardım işçilərinə edilən zorakılığı

Deputat Rəşad Mahmudov təcili yardım işçilərinə edilən zorakılığı


13-06-2019, 14:32. Yazar: sevinc1
Deputat Rəşad Mahmudov təcili yardım işçilərinə edilən zorakılığı


“Bir neçə gün öncə, Bərdədə təcili yardımın işçilərinə zorakılıq olub. Bu, səhiyyə işçilərinə çox mənfi psixoloji təsir bağışlayır”.



Modern.az xəbər verir ki, bunu Milli Məclisin iclasında “Məhkəmələr və hakimlər haqqında” qanuna dəyişiklik layihəsinin müzakirəsi deputat Rəşad Mahmudov deyib.



O qeyd edib ki, iş başında təcili tibb yardım işçilərinə zorakılıq polis əməkdaşına, dövlət məmuruna edilən zorakılıq kimi qiymətləndirilməlidir:



“Bu, nəzərə alınmalıdır. Qonşu ölkələrdə təcili tibbi yardım işçiləri ilə bağlı nümunələr var. Bu məsələ qısa zaman ərzində həll edilməlidir, yəni qanunvericiliyə dəyişiklik olunması məqsədəuyğundur”. Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov isə deyib ki, həkimlərin və pasiyentlərin hüquqlarının qorunması ilə bağlı yeni qanun layihəsi hazırlanıb:



“Yaxın günlərdə müzakirəyə çıxarılacaq. Rəşad Mahmudovun dediyi məsələlər həmin layihədə əksini tapacaq”.

aia.az
Geri dön