Ana Sayfa > Karusel / Ölkə > Turizm Agentliyi də çimərlikləri

Turizm Agentliyi də çimərlikləri


13-06-2019, 12:37. Yazar: sevinc1
Turizm Agentliyi də çimərlikləri


"Dövlət Turizm Agentliyi bu ildən çimərliklərdə monitorinqə başlayır".



Modern.az xəbər verir ki, bu sözləri Dövlət Turizm Agentliyinin mətbuat xidmətinin rəhbəri Kənan Quluzadə deyib.

O bildirib ki, monitorinq Azərbaycanın bütün çimərliklərini əhatə edəcək.

"Biz müəyyən etmək istəyirik ki, çimərliklərdə vəziyyət necədir və turistlərə necə xidmət olunur. Agentlik olaraq biz monitorinqin nəticələrini müvafiq orqanlara təqdim edəcəyik.



Biz onun tərəfdarıyıq ki, Azərbaycanda çimərliklər ictimai olmalıdır və ora giriş pulsuz olmalıdır. Çimərliklərdə xidmət göstərən obyektlər xidmət haqqını ala bilərlər. Biz araşdırma aparırıq, bu yayın sonunda araşdırmanın nəticələrini aidiyyəti orqanlara təqdim edəcəyik".

aia.az
Geri dön