Ana Sayfa > Dünya > “Hələ vaxt lazımdır ki, Zelenski tapşırıqları dərk etsin”

“Hələ vaxt lazımdır ki, Zelenski tapşırıqları dərk etsin”


13-06-2019, 11:58. Yazar: sevinc1
“Hələ vaxt lazımdır ki, Zelenski tapşırıqları dərk etsin”


Rusiya prezidenti Vladimir Putin bildirib ki, Ukraynanın yeni rəhbəri Vladimir Zelenskinin ölkə başçısı kimi fəaliyyətini qiymətləndirə bilmir.

Azvision.az xarici mətbuata istinadən xəbər verir ki, Putin bunu zamanla əlaqələndirib.
“Çünki hələ hansısa fəaliyyət yoxdur”,- deyən Putinin sözlərinə görə, Zelenskiyə hələ çox vaxt lazımdır ki, qarşısında hansı tapşırıqların olduğunu dərk etsin.

Rusiya lideri, həmçinin Zelenskinin prezident postuna vaxtından tez adaptasiya olacağına ümid etdiyini söyləyib.

aia.az
Geri dön