Ana Sayfa > Karusel / Ölkə > “Nabrandakı çimərliklər istifadəyə yarasızdır”

“Nabrandakı çimərliklər istifadəyə yarasızdır”


12-06-2019, 17:32. Yazar: sevinc1
“Nabrandakı çimərliklər istifadəyə yarasızdır”


“Xaçmaz rayonunun Nabran bələdiyyəsinin ərazisindəki çimərliklər istifadəyə yararsızdır”.



Modern.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyində (ETSN) bu gün keçirilən mətbuat konfransında Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin rəisi Ərəstun Həsənov deyib.

O bildirib ki, çimərlik mövsümünün başlanması ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin əməkdaşları Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin nümayəndələri ilə birgə şimal və cənub bölgələrinin çimərlik ərazilərində monitorinqlər keçirib, dəniz suyundan nümunələr götürülüb, mikrobioloji təhlillər aparılıb:

"Analizlərin nəticələrinə gör, Xaçmaz rayonu Nabran bələdiyyə ərazisinin dəniz suyu mikrobioloji baxımdan çirkli olduğu üçün çimərlik üçün yararsızdır. Lakin Xaçmazın Yalama, Seyidlər və İstisu (Müxtədir) bələdiyyələrinin çimərlik ərazilərinin dəniz suyunda bioloji çirklənmə norma daxilində olduğu üçün çimərliyə yararlı hesab olunur.

Cənub bölgəsindəki çimərlik ərazilərindən götürülən su nümunələri üzərində aparılan analizlərin nəticələrinə görə, Lənkəran və Astara rayonlarının inzibati ərazisinə məxsus çimərliklər istifadəyə yararlıdır".


aia.az
Geri dön