Ana Sayfa > Cəmiyyət > Sumqayıtda 23 yaşlı oğlan qətlə yetirildi

Sumqayıtda 23 yaşlı oğlan qətlə yetirildi


12-06-2019, 11:41. Yazar: sevinc1
Sumqayıtda 23 yaşlı oğlan qətlə yetirildi


Sumqayıtda qətl hadisəsi baş verib.

aia.az Trend-ə istinadən xəbər verir ki, Bakı şəhər sakini, 1996-cı il təvəllüdlü Cəfərov Faiq Füzuli oğlu Sumqayıt şəhəri ərazisində naməlum şəxs tərəfindən bıçaqlanıb.

Yaralı ağır vəziyyətdə Bakı şəhəri, 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. F.Cəfərov aldığı xəsarətdən xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsilə cinayət işi başlanıb.

aia.az
Geri dön