Ana Sayfa > Manşet / Təhsil > Məktəbəqədər uşaq müəssisələrinin fəaliyyəti valideynləri qane edir

Məktəbəqədər uşaq müəssisələrinin fəaliyyəti valideynləri qane edir


12-06-2019, 10:27. Yazar: sevinc1
Məktəbəqədər uşaq müəssisələrinin fəaliyyəti valideynləri qane edir




Bu məmnunluğun təsdiqini redaksiyamıza daxil olan çoxsaylı müraciətlərdə tapa bilirik

Məktəbəqədər təhsil müəssisələrinin, xüsusən də uşaq bağçalarının fəaliyyəti daim cəmiyyətin diqqət mərkəzində, gündəmdə saxladığı məsələlərdəndir. Tez-tez müzakirə olunan bu mövzunun aktuallığı isə əlbəttə ki, onun cəmiyyətin ən dəyərli, ən vacib və qiymətli üzvlərini – uşaqları əhatə etməsilə bağlıdır. Sevindirici haldır ki, son vaxtlar bu mövzu ilə bağlı redaksiyamıza daxil olan müraciətlərdə daha çox razılıq və məmnunluq hisslərinin ifadəsilə rastlaşırıq. Bu isə ilk növbədə Eldar Yunusovun rəhbərlik etdiyi Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsinin səmərəli fəaliyyətindən xəbər verir.

Sağlam uşaqlıq – sağlam gələcək deməkdir




Bu günlərdə bütün dünyada olduğu kimi, Azərbaycanda da 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü qeyd olundu. Bu gün dünyanın əksər ölkələrində qeyd olunsa da, etiraf etmək lazımdır ki, hal-hazırda planetin çox az hissəsində kiçik vətəndaşlar Azərbaycanda olduğu qədər öz dövlətlərinin diqqət və qayğısı ilə əhatə olunublar. Bu gün ölkəmizdə uşaq və yeniyetmələrə, gənclərə göstərilən diqqət və qayğı, onlara yaradılan hərtərəfli şərait dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Ulu öndərimiz Heydər Əliyev vaxtilə bu sahəyə xüsusi diqqət ayırmış, uşaq və yeniyetmələrin sağlam, bilikli və hərtərəfli böyümələri yönündə bir sıra tədbirlər həyata keçirmiş, fərman və sərəncamlar imzalamışdır. Bu gün də Ölkə Prezidenti İlham Əliyev əsası Ulu Öndərimiz tərəfindən qoyulmuş uşaq və gənclər siyasətini uğurla həyata keçirir.



Məlumdur ki, məktəbəqədər təhsil uşaqların intellektual, fiziki və psixoloji inkişafında, potensial imkanlarının üzə çıxarılmasında mühüm rol oynayır. Həmçinin, uşaqların məktəbə hazırlanmasına, onlarda mədəni keyfiyyətlərin, müstəqillik, yaradıcılıq, təşəbbüskarlıq və həyati bacarıqların formalaşmasına ciddi təsir edir. Buna görə də ölkəmizdə uşaq və gənclər məsələsinə dövlət tərəfindən hər zaman yüksək həssaslıq nümayiş etdirilir, bu sahənin daima xüsusi diqqət və qayğı ilə əhatəsində saxlanılır. Təkcə son illər ərzində ölkədə mövcud olan üşaq bağçalarının, məktəblərin və digər bu kimi müəssisələrin təmirinə və yenidən qurulmasına, yenilərinin inşa edilməsinə ayrılan dövlət vəsaitlərinin məbləği artıq bu sahədə görülən işlərin böyük miqyasından xəbər verir. Eyni zamanda da bu müəssisələrin fəaliyyəti daim dövlətin nəzarətində saxlanlıır ki, bu da həmin fəaliyyətin bütünlüklə uşaqların rifah və mənafeylərinə xidmətə yönəldilməsini təmin edir.

Valideynlər razılıqlarını ifadə edirlər




Təsadüfi deyil ki, uşaq bağçaları və digər analoji qurumların fəaliyyəti mütəmadi olaraq, həm də kifayət qədər çox ictimai müzakirəyə çıxarılan mövzulardandır. Lakin bu mövzu ilə bağlı fəaliyyəti müzakirə olunan daha bir qurum da vardır ki, bu da Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsidir. Belə ki, təxminən 6 il bundan öncə məktəbəqədər uşaq müəssisələrinin fəaliyyətinə nəzarət səlahiyyətləri Təhsil Nazirliyindən alınaraq icra strukturlarına verildi. Bundan sonra da paytaxtda fəaliyyət göstərən məktəbəqədər müəssisələrinin fəaliyyətinə nəzarət etmək üçün Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsi yaradıldı. Elə həmin vaxtdan da bu idarəyə Eldar Yunusov rəhbərlik edir. Etiraf olunmalıdır ki, aradan keçən müddət ərzində məhz bu idarənin effektiv fəaliyyəti sayəsində Bakı şəhərində məktəbəqədər uşaq müəssisələrinin işində nəzərə çarpan irəliləyişlərə, inkişafa nail olunmuşdur. Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsinin əsas funksiyalarından biri tabeliyindəki dövlətə məxsus körpələr evlərində, uşaq bağçalarında, xüsusi uşaq bağçalarında, körpələr evi-uşaq bağçalarında, uşaq evlərində dövlət idarəçiliyini həyata keçirməkdir. Son bir neçə ildə formalaşmış ictimai rəyə görə də bu istiqamətdə idarənin rəhbərliyi tərəfindən aparılan işin effektivliyi kifayət qədər yüksəkdir. Artıq öz övladlarını dövlətə məxsus uşaq bağçalarına və digər məktəbəqədər uşaq müəssisələrinə etibar edən valideynlər də bu müəssisələrin fəaliyyəti üzərində dövlətin ciddi nəzarəti olduğuna tam əmindirlər. Məhz bu səbəbdən də aia.az olaraq qatıldığımız ictimai müzakirələrdə, eləcə son illər redaksiyamıza daxil olan məlumatlarda Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsinin fəaliyyəti yalnız razılıq və məmnunluq hissləri ilə xatırlanır.



Bu gün idarənin rəhbəri Eldar Yunusovun tətbiq etdiyi qabaqcıl idarəçilik üsulları isə bu qurumun işinin effektiliyini təmin edən əsas amillərdən biri kimi çıxış edir. Əbəs yerə deyil ki, müxtəlif vaxtlarda qarşılaşdıqları problemlərin həlli üçün Eldar Yunusova müraciət edən valideynlər də idarə müdirinin istər insani, istərsə də peşəkar keyfiyyətlərini olduqca yüksək qiymətləndirirlər.

aia.az

Abbas Abbasov
Elbrus Bağırov
Geri dön