Ana Sayfa > Təhsil > ADAU-da “WEB OF SCİENCE” MAARİFLƏNDİRİCİ SEMİNARI KEÇİRİLİB

ADAU-da “WEB OF SCİENCE” MAARİFLƏNDİRİCİ SEMİNARI KEÇİRİLİB


11-06-2019, 14:17. Yazar: sevinc1
ADAU-da “WEB OF SCİENCE” MAARİFLƏNDİRİCİ SEMİNARI KEÇİRİLİB




Azərbaycan Dövlət Aqrar Universtetində Thomson Reuters təşkilatının Azərbaycan üzrə nümayəndəsi Aygün Babazadənin iştirakı ilə “Web of Science” platforması haqqında maarifləndirici seminar keçirilib.

Seminarın təşkilinin məqsədi universitetin professor-müəllim heyətini beynəlxalq “Web of Science” məlumat platformasının imkanları və əsas elementləri, onunla əlaqəli informasiya resursları, həmçinin müasir beynəlxalq elmi jurnallarda məqalələrin dərc olunması qaydaları ilə tanış etməkdir.

Tədbirdə çıxış edən ADAU-nun rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov seminarın alimlər üçün qlobal elmi bazaya çıxış təcrübəsi qazanmaq baxımından faydalı olacağını vurğulayıb.

Seminarda təqdimatla çıxış edən, “Thomson Reuters” təşkilatının Azərbaycan üzrə nümayəndəsi Aygün Babazadə “Web of Science” məlumat platforması haqqında danışıb. Diqqətə çatdırılıb ki, bu platformada elmi nəşrlərin aparıcı beynəlxalq məlumat bazası, eləcə də elmi istinadların və elmi tədqiqatların bir sıra məlumat bazaları yerləşir. O, həmçinin təbiət, texnika, ictimai, humanitar və digər sahə elmləri üzrə elmi jurnalların göstəriciləri, beynəlxalq istinad səviyyəsi haqqında məlumat verib.

Seminarda “Web of Science” saytında axtarış vasitələrindən səmərəli istifadə yolları əyani nümayiş etdirilib.

aia.az






Geri dön