Ana Sayfa > Manşet / Təhsil > Təhsil müəssisələrinin qazlaşdırılmasına 5,7 milyon manat ayrılıb

Təhsil müəssisələrinin qazlaşdırılmasına 5,7 milyon manat ayrılıb


11-06-2019, 12:51. Yazar: sevinc1
Təhsil müəssisələrinin qazlaşdırılmasına 5,7 milyon manat ayrılıb


Prezident İlham Əliyev Azərbaycan Respublikasında təhsil müəssisələrinin qazlaşdırılması haqqında sərəncam imzalayıb.

aia.az-ın məlumatına görə, sərəncamda deyilir ki, təhsil müəssisələrinin qazlaşdırılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 yanvar tarixli 890 nömrəli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində digər layihələr üzrə dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü"nün 1.67-ci bəndində göstərilmiş məbləğin 5,7 milyon manatı Təhsil Nazirliyinə ayrılsın.

Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etməli, Maliyyə Nazirliyi göstərilən məbləğdə maliyyələşməni təmin etməlidir.

Sərəncam imzalandığı gündən qüvvəyə minir.

aia.az
Geri dön