Ana Sayfa > Karusel / Cəmiyyət > Azərbaycanda polis həmkarını

Azərbaycanda polis həmkarını


3-06-2019, 17:25. Yazar: sevinc1
Azərbaycanda polis həmkarını


2 gün əvvəl Suraxanı rayonunda qadının əri tərəfindən güllələnərək öldürülməsi hadisəsi ilə bağlı bəzi məqamlar üzə çıxıb.

aia.az XəzərXəbər-a istinadən xəbər verir ki, Hövsan qəsəbəsi, İlqar Əhliman küçəsi, 10 ünvanında binanın arxasında Təranə Novruzova adlı qadının əri əvvəllər məhkumluq həyatı yaşamış Laçından olan məcburi köçkün 1958-ci il təvəllüdlü Novruzov Zahid Balabəy oğlu tərəfindən ailə münaqişəsi zəminində öldürüldüyü məlum olub.

Belə ki, evdə tək olan qadınla kişi mübahisə ediblər. Bu zaman Zahid Novruzov silahını götürərək arvadını öldürəcəyini deyib. Qadın qaçsa da, 61 yaşlı kişi onu haqlayaraq 2 dəfə atəş açıb və qadını öldürüb. O, daha sonra özünü güllələmək istəyib, lakin silah onun əlindən sürüşüb və nəticədə o, boğaz nahiyəsindən yaralanıb.

Z.Novruzov hadisədən sonra qan içində polis şöbəsinə gedərək təslim olub. Güllə yaraları almış kişini görən polislər onu xəstəxanaya çatdırıblar. Evə gələn əməliyyat qrupu isə qadının güllələnərək öldürüldüyünü müəyyənləşdirib.

Artıq Z.Novruzovun həyatı üçün təhlükə qalmadığı, onun müalicədən sonra istintaqa cəlb ediləcəyi bildirilir.

Faktla əlaqədar Suraxanı Rayon Prokurorluğunda cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

15:01

Bərdə rayon Polis Şöbəsinin əməkdaşı həmkarını güllələyib.

aia.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə mayın 31-dən iyunun 1-nə keçən gecə baş verib.

Şöbənin Post Patrul Xidmətinin əməkdaşı, polis serjantı 1991-ci il təvəllüdlü Məmməd Məmmədzadə xidməti başa vurduqdan sonra silahını təhvil verərkən “Makarov” markalı silahdan ehtiyatsızlıqdan açılan atəş nəticəsində növbətçi köməkçisi, serjant Fərid Mehdiyevi vurub. F.Mehdiyev qolundan yaralanıb və xəstəxanaya yerləşdirilib.

Hadisə ilə bağlı araşdırma aparılır.

Bərdə RPŞ-dən bildirilib ki, hadisə ilə bağlı onlar heç bir məlumat verə bilməzlər.



aia.az
Geri dön