Ana Sayfa > Ölkə > “20 Yanvar” İctimai Birliyi yeniyetmə və gənclər arasında vətənpərvərlik təbliğatı məqsədilə layihə həyata keçirir

“20 Yanvar” İctimai Birliyi yeniyetmə və gənclər arasında vətənpərvərlik təbliğatı məqsədilə layihə həyata keçirir


31-05-2019, 15:10. Yazar: sevinc1
“20 Yanvar” İctimai Birliyi yeniyetmə və gənclər arasında vətənpərvərlik təbliğatı məqsədilə layihə həyata keçirir


Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə “20 Yanvar” İctimai Birliyi"Yeniyetmə və gənclər arasında Milli Qəhrəmanlarımızın tanıdılmasına həsr olunan tədbirlərin təşkili" adlı layihə çərçivəsində şagirdlərlə görüşüb.

aia.az xəbər verir ki, 20 Yanvar İB-yi saylan rayonu 2 saylı tam orat məktəbdə 20 Yanvar şəhidi olan Elçin İmanov Beydulla oğlunun xatirəsinə həsr olunmuş tədbir keçirib. Tədbirdə İctimai Birliyin işçi heyyəti , üzvləri , dəvət olunmuş ehtiyatda olan hərbi qulluqçular, media nümayəndələri ,yeniyetmə və gənclər iştirak etmişdir.

Layihə rəhbəri S.Əzimzadə bildirib ki, layihə çərçivəsində “Qalibiyyət Qartalları” adlı kitab hazırlanmşdır.Bu kitabda seçilmiş Qəhrəmanlarımız haqqında ətraflı məlumat verilib. Gənclərin vətənpərvər yetişməsi üçün bu istiqamətdə maarifləndirici tədbirlərn keçirilməsi vacibdir və bu aktual, eləcə də çox əhəmiyyətli bir məsələdir. Bu səbəbdən qəhrəmanlarımızın tanıdılması istiqamətində maarifləndirmə işlərimiz davamlı olacaqdır.


aia.az
Geri dön