Ana Sayfa > Manşet / İdman > Bakı finalının qalibi "Çelsi" oldu!
Bakı finalının qalibi "Çelsi" oldu!30-05-2019, 01:00. Yazar: sevinc1 |
Çelsi”-"Arsenal” oyunu yekunlaşdı. "Arsenal”ı 4:1 hesabı ilə məğlub edən "Çelsi” Avropa Liqasının qalibi oldu. *** "Çelsi”nin oyunçusu Eden Azar 71-ci dəqiqədə özünün 2-ci, komandasının 4-cü qolunu vuraraq hesabı 4:1 edib. *** Oyunun 69-cu dəqiqəsində "Arsenal” hesab arasındakı fərqi azaldıb. Aleks İvobi möhtəşəm qolla hesabı 3:1 edib. *** "Çelsi”-"Arsenal” oyununun 65-ci dəqiqəsində daha bir qol vuruldu. Modern.az xəbər verir ki, "Çelsi”nin hücumunun qarşısı kobud şəkildə alındığından "Arsenal”ın qapısına penalti təyin edilib. Penaltini dəqiq yerinə yetirən Eden Azar hesabı 3:0-a çatdırıb. *** "Çelsi” yenidən fərqlənib. Modern.az xəbər verir ki, "Çelsi”nin oyunçusu Pedro Rozdrigez 60-cı dəqiqədə fərqi 2 topa çatdırıb. *** "Çelsi” - "Arsenal” qarşılaşmasının ikinci hissəsində hesab açıldı. Modern.az xəbər verir ki, oyunun 49-cu dəqiqəsində Oliviye Jiru "Çelsi”ni önə keçirbr. *** "Çelsi" - "Arsenal" oyunu başladı.Bakı Olimpiya Stadionundakı həlledici qarşılaşmada iki ingilis nəhəngi - "Çelsi" və "Arsenal" komandaları üz-üzə gəlir. Görüşü Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva da izləyir. *** Avropa Liqasının finalında Bakı Olimpiya Stadionunda bu gün saat 23:00-da başlayacaq "Çelsi" - "Arsenal" oyunu üçün heyətlər açıqlanıb. Komandalar meydana aşağıdakı tərkibdə çıxacaqlar: "Çelsi":Arrisabalaqa, Jorjinyo, Kante, Hazard, Pedro Rodriqes, Kovaçiç, Jiru, Kristensen, Aspilikueta (k), David Luis, Emerson Palmeri Ehtiyat oyunçular:Kabalyero, Kamminq, Alonso, Barkli, İquain, Zappakosta, Villian, Kehill, Ampadu, Qallaher, Makikran "Arsenal":Çex, Papastatopulos, Koselni (k), Lyakazett, Özil, Torreyra, Obameyanq, Meytlend-Nayls, Monreal, Kolaşinaç, Caka Ehtiyat oyunçular:Leno, İliev, Elneni, Lixtştayner, İvobi, Mustafi, Uelbek Cenkinson, Qenduzi, Nketia, Uillok, Saka aia.az [media=https://www.youtube.com/watch?v=aBkNQk6UxG4] Geri dön |