Ana Sayfa > Siyasət > Azərbaycan seçicilərinin sayı açıqlanıb

Azərbaycan seçicilərinin sayı açıqlanıb


29-05-2019, 13:22. Yazar: sevinc1
Azərbaycan seçicilərinin sayı açıqlanıb



Mərkəzi Seçki Komissiyası Azərbaycanda seçici siyahılarının dəqiqləşdirilməsi prosesinə yekun vurub.

Bu haqda danışan Mərkəzi Seçki Komissiyasının sədri (MSK) Məzahir Pənahovun sözlərinə görə, hazırda Azərbaycanda 5 milyon 212 min 902 seçici var.

"Seçici siyahılarının dəqiqləşdirilməsi prosesinə yanvar ayından start verilib. Bu il ötən illə müqayisədə seçicilərin sayında 21 min nəfər artım müşahidə olunub. Seçicilərin 50.83 %-ni qadınlar, 49.17 %-ni isə kişilər təşkil edir. Ən yaşlı qadın seçici Bərdə rayonunun 94 saylı dairəsində qeydiyyata alınan 1894-cü il təvəllüdlü Allahverdiyeva Səmərqə, ən yaşlı kişi seçici isə 120 saylı Laçın seçki dairəsindən 107 yaşlı Əhmədov Şahverdidir".(modern.az)
Geri dön