Ana Sayfa > Cəmiyyət > DİN Yevlaxda mikroavtobusun qəzaya düşməsi faktı ilə bağlı məlumat yayıb

DİN Yevlaxda mikroavtobusun qəzaya düşməsi faktı ilə bağlı məlumat yayıb


24-05-2019, 12:59. Yazar: sevinc1
DİN Yevlaxda mikroavtobusun qəzaya düşməsi faktı ilə bağlı məlumat yayıb


Daxili İşlər Nazirliyi Yevlaxda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb.

Nazirliyin mətbuat xidmətindən aia.az-a verilən məlumata görə, mayın 23-də saat 8 radələrində Yevlax rayonunun Qaraoğlan kəndi ərazisində Yuxarı Qarxun kənd sakini Xudaverdi Şərifov idarə etdiyi “Mercedes-Benz” markalı mikroavtobusu aşırıb.

Nəticədə 2 sərnişin hadisə yerində ölüb, sürücü və 19 sərnişini xəstəxanaya yerləşdirilib. Onlardan 6 nəfərin vəziyyəti orta-ağırdır, digərlərinə ilkin tibbi yardım göstərildikdən sonra buraxılıblar.

Faktla bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.


aia.az
Geri dön