Ana Sayfa > Karusel / Aia TV > Avroviziyada səslər yenidən hesablandı

Avroviziyada səslər yenidən hesablandı


23-05-2019, 10:34. Yazar: sevinc1
Avroviziyada səslər yenidən hesablandı


Bir neçə gün öncə İsraildə baş tutan "Eurovision-2019"un nəticələrində dəyişiklik edilib.

Bakupost xəbər verir ki, müsabiqədə verilən səslər yenidən hesablanıb. Avropa Yayım İttifaqının məlumatına görə, səslərdə yaranan fərqdə insan səhvi amili olub. Yenidən sayım
nəticəsində ilk sıralarda olanlar, o cümlədən qalibin adı dəyişməyib. Ancaq bəzi ölkələrin tutduğu yerlərdə dəyişiklik olub. Yeni səslərə əsasən Azərbaycan 1 pillə geriləyib və 302 xal
ilə 8-ci yerdə qərarlaşıb. Makedoniya isə 7-ci pilləyə qalxıb. Belarus isə Almaniyanı qabaqlayıb.

Yenilənmiş nəticələrdə ilk üçlük yerini dəyişməyib:

Hollandiya (498 xal əlavə 6 bal)

İtaliya (472 xal əlavə 7 bal)

Rusiya (370 xal əlavə 1 bal)


aaia.az
Geri dön