Ana Sayfa > Karusel / Gündəm > Bakı-Sabunçu qatarında gediş haqqının məbləği açıqlandı

Bakı-Sabunçu qatarında gediş haqqının məbləği açıqlandı


22-05-2019, 10:05. Yazar: sevinc1
Bakı-Sabunçu qatarında gediş haqqının məbləği açıqlandı


Mayın 21-də Prezident İlham Əliyevin iştirakı ilə istifadəyə verilmiş Bakı - Sabunçu dəmir yolu xəttində gediş haqqı 50 qəpik müəyyən edilib.

Bakupost xəbər verir ki, bunu "Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov AzTV-nin "Günün nəbzi” verilişində bildirib.

"Bu gün Sabunçu dəmir yolu vağzalından şəhərə avtobusla çatmaq üçün gediş haqqı 60 qəpikdir. Biz isə Sabunçudan mərkəzə gediş haqqını 50 qəpik müəyyən etdik", - C.Qurbanov deyib.


aia.az
Geri dön