Ana Sayfa > Karusel / Cəmiyyət > Gəncədə polis əməkdaşı döyüldü

Gəncədə polis əməkdaşı döyüldü


21-05-2019, 09:48. Yazar: sevinc1
Gəncədə polis əməkdaşı döyüldü


Gəncədə polis əməkdaşı dava zamanı xəsarət alıb.

aia.az"Qafqazinfo"ya istinadən xəbər verir ki, şəhər sakini, 1990-ci il təvəllüdlü Süleymanov Mehman Natiq oğlu müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib, vəziyyətinin kafi olduğu bildirilir.

Məlumata görə, polis əməkdaşı olan M. Süleymanov Gəncə bulvarında olan çay evlərinin birində dava zamanı döyülüb. Münaqişənin xidmət zamanı baş vermədiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.

aia.az
Geri dön