Ana Sayfa > Ölkə > Ölkədə 98 dövlət əmlakı hərraca çıxarılacaq

Ölkədə 98 dövlət əmlakı hərraca çıxarılacaq


20-05-2019, 12:52. Yazar: sevinc1
Ölkədə 98 dövlət əmlakı hərraca çıxarılacaq


Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən növbəti hərrac iyunun 18-də təşkil olunacaq.

Komitədən aia.az-a verilən məlumata görə, hərracda 98 dövlət əmlakı üzrə seçim yaradılıb. Bu dövlət əmlaklarından 32-si kiçik dövlət müəssisə və obyekti, 15-i səhmdar cəmiyyətinin dövlətə məxsus səhm paketi, 48-i nəqliyyat vasitəsi, 3-ü isə qeyri-yaşayış sahəsidir.

Budəfəki hərraca səhmdar cəmiyyətlərinin səhmlərinin 30% ilə 45% arasında olan səhm paketləri də çıxarılıb. Səhmdar cəmiyyətlərindən 8-i aqrar, 5-i nəqliyyat, 2-si isə sənaye sektorlarına aiddir. Onlar arasında "Anar”, "Zaqatala Fındıq”, "Xəzər Avtonəqliyyat” kimi müəssisələr var.


aia.az
Geri dön